İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hraparak”: Hakim partiya hələ də “Qarabağ-Ermənistan” parlamentlərarası komissiyanı qurmayıb

“Avqustun 26-da Qarabağ Milli Assambleyasının spikeri Artur Tovmasyan parlament fraksiyalarının rəhbərləri, komissiya sədrləri və aparat rəhbərlərinin iştirakı ilə iclas keçirərək, Ermənistan və Qarabağ (rus sülhməramlılrının nəzarət etdiyi ərazidə qurulan oyuncaq, qondarma rejim-red.) arasında parlamentlərarası komissiyanın çağırılacağını elan edib”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, yerli “Hraparak” qəzeti həmin komissiyanın hələ də qurulmadığına diqqət çəkən yazı dərc edib.

“Sentyabr ayı keçdi. Oktyabr da. Lakin parlamentlərarası sessiya isə heç vaxt çağırılmadı. Yeri gəlmişkən, bunu “Dağlıq Qarabağ parlamenti”nə Ermənistandan olan həmkarları vəd etmişdilər. Lakin məlum olub ki, sentyabrın 13-də hərbi vəziyyətlə əlaqədar Ermənistandan olan qanunvericilər Qarabağdakı həmkarlarına əvvəllər əldə edilmiş razılaşmaları təxirə salmağı və iclası daha sonra çağırmağı təklif ediblər”,-deyə yazıda qeyd olunub.

Qəzet həmin vaxtdan bu yana hər hansı irəliləyiş olmadığını yazır. Müharibədən sonra Qarabağ-Ermənistan parlamentlərarası komissiyası fəaliyyət göstərmir. Məqalədə hakim “Vətəndaş sazişi” partiyasının nümayəndələrinin komissiya qurulması və iclaslarının çağırılmasından inadla yayındığı vurğulanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR