Onlayn ictimai-siyasi qəzet
Ermənistanda revanşist “Vətən uğrunda Tavuş hərəkatı”nın nümayəndələri bazar günü bəzi siyasi qüvvələrlə qapalı formatda görüşüblər.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli “Hraparak” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə təxribatçı keşiş erməni siyasətçilərdən dəstək gözləyir və sentyabrın 22-də İdman-Konsert Kompleksində keçiriləcək geniş toplantıda iştirak etməyi xahiş edib. O bildirib ki, bu gün onlar öz proqramlarını, aksiyalarını təqdim edəcəklər, hər kəs öz suallarına cavab alacaq.
O, aktiv aksiyaların sentyabrın 23-də başladığını qeyd edib, lakin bunların dinc itaətsizlik aktları və ya başqa bir şey olacağını dəqiqləşdirməyib. Bazar günü keçirilən toplantıda iştirak edən siyasətçilərin sayı kifayət qədər az olub. Baqrat Qalstanyan burada “Siyasi şura” adı altında məşvərət orqanının yaradılmasını təklif edib. Həmin qurumun onun tərkibinə dəstəkləyici qüvvələrin nümayəndələri daxil olmalıymış. Lakin müxalif qüvvələrə bu məsələdə də razılığa gəlməyiblər.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ