İnsanlara hürriyət, millətlərə istiqlal!

Hrant Baqratyandan təxribatçı çağırış: “Ordu nümayəndələrini bir addım da...”

 

“Baş nazirə cavab verdik, dedilər ki, voskeparlıların güzəştə heç nəyi yoxdur, geriyə yol yoxdur, Voskepar (Əksipara) Ermənistanın qapısıdır, buradan sonra düşmən Vanadzorda olacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu martın 22-də yerli “Birliktə” hərəkatı üzvlərinin Tavuş vilayətində görüşündə ehtiyatda olan polkovnik Mihran Mahsudyan deyib.

“Biz hamımız burada ölməyə hazırıq, hamı əlinə silah alıb döyüşməyə hazırdır. Bu gün Voskepar, sabah Vanadzor, sonra Gümrü və İrəvan olacaq”, – deyə Mahsudyan bildirib.

“Birlikdə”  hərəkatının koordinatoru Aram Sarkisyana görə isə bu əhval ruhiyyə bütün Ermənistanda olmalıdır.

“Paşinyan iqtidarına heç bir ümid bağlamadığımız üçün martın 27-də mitinq təşkil edirik. Mitinqdə parlamentin bütün fraksiyalarından baş nazirə etimadsızlıq ifadəsi prosesinə başlamaq istəniləcək. Biz yeni hökumət qurmalıyıq, indiki hökumətlə ölkəni saxlaya bilməyəcəyik”,-deyə o qeyd edib.

Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan isə bunları deyib: “Biz ordunun nümayəndələrinin yanına gedəcəyik, onları bir addım da geri çəkilməməyə inandırmalıyıq. Nikol Paşinyan bizi qoruya bilməz”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR