İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollandiyanın ilk qadın baş naziri vəzifəsinə namizəd olan qalmaqallı türk kimdir?

Hollandiyada seçiləcəyi təqdirdə ilk qadın baş nazir olacaq Dilan Yeşilgöz türklərə qarşı düşmənçiliyi ilə tanınır.

1984-cü ildə Hollandiyaya qaçan PKK terrorçusu Yücel Yeşilgözün qızı Dilan Yeşilgöz qondarma erməni soyqırımını tanıyan 5 türk əsilli millət vəkilindən biri olub.

Yeşilgözün otağında divardan asılan qadının fotosu diqqət çəkib. Fotoda 106 yaşlı erməni qadının əlində Kalaşnikov avtomatı var. Fotoda Ermənistanın Qarabağı işğal etməsi əks olunub.

Türk və hicab düşmənçiliyi ilə tanınan Dilan Yeşilgözün əcdadlarının separatçı, kürdləri qətlə yetirən ermənilər olduğu, ancaq kürdlərdən dəstək almaq üçün özünü kürd kimi təqdim etdiyi iddia edilir.

Dilan Yeşilgöz əvvəlki açıqlamalarında türkləri və prezident Ərdoğanı təhqir etməyin sərbəst olmalı olduğunu müdafiə etmişdi. Türkiyə əleyhinə mövqeyi ilə seçilən Dilan Yeşilgöz 2018-ci ildə Hollandiyada qondarma erməni soyqırımını tanıyan 5 türk əsilli millət vəkilindən biri olub.

Yeşilgöz ölkədə təhlükəsizlik və ədliyyə naziri olarkən məmurlara hicab taxmağı qadağan edib. Yeşilgöz qalmaqallı qərarla bağlı "Polis formasının qərəzsizliyini ortaya qoyuruq" deyib. Dilan Yeşilgöz də LGBT dəstəkçisidir.

Atası Yücel Yeşilgöz PKK terror təşkilatının üzvüdür. Yücel Yeşilgöz PKK və solçu terror təşkilatına üzv olduğu üçün 1984-cü ildə Hollandiyaya qaçıb. Tuncelidə doğulsa da, özünü “Kürdüstanda doğulmuş” kimi təqdim edir.

Dilan Yeşilgöz -Zegerius 18 iyun 1977-ci ildə Ankarada Dersimli bir ailənin övladı olaraq anadan olub. Uşaqlığını Ankarada keçirən Yeşilgöz-Zegerius gənc yaşlarında ailəsi ilə birlikdə Hollandiyaya köçüb. Anası Fatma Özgümüş Hollandiya Qaçqınlar Təşkilatının direktoru vəzifəsində çalışır./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR