İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hökumətdə xeyli dəyişiklik olmalıdır, yeni dövrdə..."

“Konstitusiya Məhkəməsinin Plenumunun iclası 7 fevral növbədənkənar Prezident seçkilərinin nəticələrini təsdiq etdi. Yəqin ki, bir neçə gün ərzində yeni seçilən Prezident İlham Əliyevin inaqurasiya mərasimi keçiriləcək. Millətimiz və dövlətimiz üçün xeyirli, uğurlu olsun”.

Bu barədə 7 fevral Prezident seçkisində namizəd olmuş Böyük Azərbaycan Patiyasının sədri Elşad Musayev Musavat.com-a bildirib.

E.Musayev qeyd edib ki, Prezident İlham Əliyevin hazırkı komandadan kimlərlə işləyib-işləməyəcəyini bu gün söyləmək çətindir. Kimlərlə işləyəcəyi Prezidentin səlahiyyətinə aid olan məsələdir.

image_750x_61fbd0fb6cae3 (1).jpg (157 KB)

Sabiq namizəd onu da deyib ki, hökumətdə xeyli dəyişiklik olmalıdır. Çünki bir mərhələ son yetdi və yeni mərhələ, yeni dövr başlayır:

“Yeni dövrün də yeni tələbləri var. Prezident İlham Əliyev də artıq bu barədə fikirlər bildirib. Hətta qeyd edib ki, növbədənkənar seçkini zəruri edən amillərdən ən əsası məhz yeni şəraitin, yeni dövrün yaranmasıdır. Ona görə də mən düşünürəm ki, istər kadr sahəsində, istər idarəetmə, struktur məsələlərində yeni dövrə uyğun dəyişikliklər olmalıdır. Bizə isə müəyyən qədər səbr eləmək qalır”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

27 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR