Onlayn ictimai-siyasi qəzet
“Pittsburq”un keçmiş hücumçusu Adam Consonun boğazı konki ilə kəsilib.
Xokkeyçi Britaniya Çağırış Kuboku çərçivəsində keçirilən “Nottingem Panthers” və “Şeffild Stilers” matçında zədələnib.
Rəqib öz ayaqqabısının altı ilə təsadüfən ev sahiblərinin oyunçusu olan Consonun boğazını kəsib. Matç dərhal dayandırılıb və sonradan tamamlanmayıb. Tamaşaçılardan stadionu tərk etmələri tələb olunub. Meydan sahiblərinin forvardı xəstəxanaya yerləşdirilib. 29 yaşlı xokkeyçi qan itkisindən xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, NHL-də Conson 2019/20 mövsümündə 7 oyun keçirib, 7 oyunda 2 (1+1) xal toplayıb. (Oxu.az)
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ