Onlayn ictimai-siyasi qəzet
Hizbullah tərəfindən İsrailin baş naziri Binyamin Netanyahunun iqamətgahına buraxılan pilotsuz təyyarə onun evindəki yataq otağının pəncərəsini zədələyib.
Musavat.com xəbər verir ki, bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, şahidlərin yaydığı foto və videolarda binanın pəncərəsində birbaşa zərbənin izləri görünür. Pəncərəyə cüzi zərər dəyib. Jurnalistlər bunu Netanyahunun iqamətgahındakı pəncərələrin zirehli olması ilə izah ediblər.
Qeyd edək ki, oktyabrın 19-da Livandan İsrailin Qeysəriyyə şəhərinə doğru pilotsuz təyyarə buraxılıb. Hücumun hədəfi Netanyahunun iqamətgahı olub. Baş nazir və həyat yoldaşı tətil zamanı binada olmayıblar.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ