İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hizbullah"ın səhra komandiri ÖLDÜRÜLDÜ

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) "Hizbullah" hərəkatının səhra komandirlərindən birinin motosikletini vurub.

Musavat.com xəbər verir ki, bu barədə "Lebanon 24" portalı məlumat yayıb.

Qeyd olunub ki, hücum nəticəsində Deyr Qanun bölgəsində müdafiəyə cavabdeh olan Qasem Saqlavi öldürülüb.

Onu müşayiət edən döyüşçü də həlak olub.

Bundan əvvəl də İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" bölmələrinin atəş mövqelərinə havadan zərbələr endirib.

Məlumata görə, Mays əl-Cəbəl və Rəs əl-Nəqurada ən azı dörd döyüşçü öldürülüb.

Qeyd edək ki, bundan əvvəl "Hizbullah"ın hərbi informasiya xidməti özünün Telegram kanalında İsrail ordusunun Biranit, Zıbdin və Ramim yaşayış məntəqələrindəki kazarmalarını artilleriyadan atəşə tutması barədə məlumat yayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR