Onlayn ictimai-siyasi qəzet
"Hizbullah" hərəkatı atəşkəs sazişi bağlandıqdan sonra ilk dəfə İsrail ordusunun Livanla sərhəddəki Kfar Şuba kəndi ərazisindəki mövqelərinə hücum etdiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "Əl-Mənar" telekanalı hərəkatın bəyanatına istinadən məlumat yayıb.
Məlumatda bunun İsrail tərəfindən atəşkəs razılaşmasının dəfələrlə pozulmasına cavab olduğu qeyd edilir.
"İsrail ordusu Livanın cənubunda və Bekaa vadisində hücumları gücləndirib, nəticədə bir nəfər ölüb, iki nəfər yaralanıb”, - hərəkatın bəyanatında deyilir.
Xatırladaq ki, İsrail və Livan arasında atəşkəs haqqında razılaşma noyabrın 27-də səhər saatlarında qüvvəyə minib.
03 Dekabr 2024
02 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ