Onlayn ictimai-siyasi qəzet
Hindistanda müdafiə sənayesi məhsulu istehsalı 15 milyard dolları keçib.
Musavat.com xəbər verir ki, bunu ölkənin müdafiə naziri Racnath Singh deyib.
Onun sözlərinə görə, 2023-2024-cü maliyyə ilində silah istehsalı 1,27 trilyon rupiyə (təxminən 15 milyard dollar) çatıb, Hindistan hazırda 90-dan çox ölkəyə silah və hərbi texnika ixrac edir.
Müdafiə Nazirliyinin məlumatına görə, Hindistanın müdafiə istehsalı 2016-2017-ci maliyyə ilində 740 milyard rupidən (8,8 milyard dollar) indiyədək kəskin şəkildə artıb və bu, müdafiə ixracının artmasına səbəb olub. Hindistan hökuməti növbəti beş ildə ölkənin hərbi-sənaye kompleksinin istehsalının və müdafiə sənayesinin ixracının ümumi həcminin üç dəfə artaraq müvafiq olaraq 36 milyard və 6 milyard dollara çatacağını gözləyir.
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ