Onlayn ictimai-siyasi qəzet
Hindistanın Uttarakhand ştatında helikopter qəzaya uğrayıb.
Musavat.com xəbər verir ki, bu barədə "Daily Pakistan" məlumat yayıb.
Məlumatda bildirilir ki, helikopter qəzası Uttarkaşi bölgəsində baş verib. Qəza zamanı helikopterdə olan 6 nəfərin hamısı həlak olub.
Uttarakhand ştatının baş naziri Puşkar Singh Dhami sosial şəbəkədə baş verən faciəvi hadisə ilə bağlı paylaşım edib.
Baş nazir yerli idarəetmə orqanlarına həlak olanların ailələrinə hər cür yardım göstərilməsi ilə bağlı göstəriş verib və qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün araşdırmalara başlanılması barədə əmr verib.
Musavat.com
08 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ