İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda əczaçılıq zavodunda partlayış: Çox sayda ölən və yaralananlar var

Hindistanda "Escientia" əczaçılıq zavodunda baş verən partlayış nəticəsində 14 nəfər ölüb, 18 nəfər xəstəxanaya yerləşdirilib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Indian Express" məlumat yayıb.

Hadisə Andhra Pradeş ştatının Anakapalle şəhərindəki zavodda baş verib. Burada bir çox əczaçılıq şirkətinin yerləşdiyi "Atçutapuram" xüsusi iqtisadi zonası yerləşir.

Partlayışdan sonra yanğın başlayıb və onlarla yanğınsöndürən maşın hadisə yerinə yollanıb.

"Escientia"nın bəzi işçiləri zərərçəkənlər üçün kompensasiya tələbi ilə şirkətin ofisinin qarşısında toplaşıblar. Etirazçılar həmçinin partlayışın şirkətdə təhlükəsizliyə cavabdeh olan şəxslərin səhlənkarlığı ucbatından baş verdiyini güman etdikləri üçün onların cəzalandırılmasını tələb edirlər. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR