İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb

Hindistan şimal-şərqində yerləşən Assam ştatında bir həftəyə yaxın yağan aramsız leysanın səbəb olduğu daşqınlar və torpaq sürüşmələri nəticəsində həlak olanların sayı 24 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “The Asian Age” qəzeti təbii fəlakətlərlə mübarizə üzrə regional idarəyə istinadla məlumat yayıb. Məlumata görə, təbii fəlakətdən Assam ştatının 22 rayonunda evləri tamamilə, yaxud qismən dağılmış 7,2 milyon sakin ziyan çəkib. Ştatın hakimiyyət orqanları evlərini itirən insanlar üçün 491 müvəqqəti düşərgə qurub ki, hazırda oraya 91 min nəfər yerləşdirilib.

Təbii fəlakət nəticəsində, həmçinin 2 mindən çox kənd və 95 min hektar əkin sahəsi su altında qalıb. Daşqınlar və torpaq sürüşmələri körpüləri və yolları dağıtdığı üçün ştatın cənub rayonları ilə əlaqə kəsilib. Xilasetmə əməliyyatına Hindistan Hərbi Hava Qüvvələrinin helikopterləri cəlb olunub.

Hazırda Arunaçal-Pradeş və Meqhalaya ştatlarında leysan yağışlar və daşqınlar davam edir. Təbii fəlakət zonasında yerləşən bir sıra rayonlarla dəmiryol əlaqəsi dayanıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR