Onlayn ictimai-siyasi qəzet
Hindistan polisi baş nazir Narendra Modinin təyyarəsinə terror hücumu təhdidi ilə bağlı araşdırmaya başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə “Hindustan Times” nəşri məlumat yayıb.
Məlumatda bildirilir ki, fevralın 11-də Modi Hindistandan havaya qalxarkən Mumbay hava hərəkətini idarəetmə mərkəzinə anonim zəng daxil olub.
“Məlumatın ciddiliyi nəzərə alınaraq, polis digər qurumları məlumatlandırıb və araşdırmaya başlayıb”, - nəşr hüquq-mühafizə orqanlarına istinadən yazıb.
İqbal,
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ