İnsanlara hürriyət, millətlərə istiqlal!

Hikmət Hacıyev Türkiyə səfirini qəbul edib

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik fəaliyyətinin başa çatması münasibətilə Türkiyə Respublikasının ölkəmizdəki səfiri Cahit Bağcını qəbul edib.

Musavat.com xəbər verir ki, bu barədə türkiyəli diplomat “X” hesabında bildirib.

“Cənab Prezident İlham Əliyevin xarici siyasət məsələləri üzrə köməkçisi cənab Hikmət Hacıyevlə vidalaşdıq. Diplomatik fəaliyyət müddətim boyunca ən çox təmasda olduğum Hikmət bəylə işğaldan azad edilən azad Qarabağın hər bir guşəsində birlikdə olduq. Dörd il boyunca ən sıx ziyarət etdiyim 602 nömrəli otaqda uzun görüşlərimiz və məsləhətləşmələrimiz oldu. Daima səmimi və açıq yanaşma, yaxın əməkdaşlıq və çalışmalarımıza vermiş olduğu dəyərli töhfələr üçün təşəkkür edirəm”, - səfir qeyd edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Yanvar 2025

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR