Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Novruz bayramı ilə bağlı paylaşım edib.
O, “X”dəki səhifəsində bildirib ki, BMT Baş Assambleyası 2010-cu ildə qəbul etdiyi 64/253 saylı qətnamə ilə martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.
“Novruz yazın gəlişi, təbiətin canlanması və yeni həyatın başlanğıcıdır. Azərbaycan xalqı min illərdir bu bayramı böyük coşqu ilə qeyd edir”, – deyə Hikmət Hacıyev vurğulayıb.
21 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ