İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanla Mərkəzi Asiya "6-lıq" modelini formalaşdırır - Hikmət Hacıyevdən PAYLAŞIM

Azərbaycan–Mərkəzi Asiya münasibətləri vahid birliyə çevrilərək "6" formatını alıb.

Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında paylaşım edib.

O qeyd edib ki, son aylarda Prezident İlham Əliyev Mərkəzi Asiya regionuna üç səfər edib – Türkmənistana, Tacikistana və Qazaxıstana:

"Bu gün isə Prezident İlham Əliyev Qazaxıstana dövlət səfəri həyata keçirir. Azərbaycan–Mərkəzi Asiya münasibətləri, adətən, "5+1" formulu ilə təsvir olunurdu. Bu, beş Mərkəzi Asiya dövlətini və ayrıca tərəfdaş kimi Azərbaycanı simvolizə edirdi. Lakin bu gün həmin formula sadəcə riyazi anlayışdan siyasi və tarixi reallığa çevrilib, hətta kimyəvi birliyə çevrilərək vahid "6" formatını alıb. Bu da inteqrasiyanın dərinləşməsini, ortaq tarix, mədəniyyət, ənənə, etnik və dil qohumluğu üzərində formalaşan vahid geosiyasi məkan və ortaq taleyi əks etdirir".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Oktyabr 2025

21 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR