Onlayn ictimai-siyasi qəzet
Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanan cüdoçu Hidayət Heydərov "Neftçi" futbol klubunun üzvləri ilə görüşüb.
Musavat.com xəbər verir ki, klubun bazasında baş tutan görüşdə Olimpiya çempionu və futbolçular arasında bir sıra maraqlı dialoqlar yaşanıb.
H.Heydərov uşaqlıq illərindən "Neftçi"nin azarkeşi olduğunu bildirib. Sonda klubun baş məşçqisi Samir Abasov tərəfindən qonağa "Neftçi"nin 73 nömrəli forması təqdim olunub.
Hidayət Heydərov Paris-2024-də 73 kq çəki dərəcəsində qalib olub.
Qeyd edək ki, H.Heydərov dekabrın 1-də saat 19:00-da “Neftçi Arena”da keçiriləcək "Neftçi" - “Qarabağ” oyununu tribunadan izləyəcək.
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ