İnsanlara hürriyət, millətlərə istiqlal!

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 73 kiloqramda çıxış edən idmançı finalda Danil Lavrentevi (AİN) məğlub edərək, çempion tituluna yiyələnib.

Bununla da o, Azərbaycan cüdo tarixinə dördqat Avropa çempionu olan yeganə idmançı kimi düşüb.

O, bundan əvvəl 2017-ci, 2022-ci və 2023-cü illərdə böyüklər arasında qitə birinciliyinin qızıl mükafatına layiq görülüb.

Qeyd edək ki, yarışın ilk günündə Balabəy Ağayev (60 kiloqram) gümüş medalın sahibi olub.

Aprelin 27-dək keçiriləcək Avropa çempionatında Azərbaycanı 13 cüdoçu təmsil edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR