Onlayn ictimai-siyasi qəzet
Cənubi Koreyanın məşhur aktyor və müğənnisi Lee Min Ho, Türkiyədə pərəstişkarları ilə görüş keçirib.
Musavat.com xəbər verir ki, görüş zamanı müğənni böyük fanat kütləsi tərəfindən coşğu ilə qarşılanıb.
Tədbir zamanı maraqlı və diqqətçəkən anlar yaşanıb.
Tanınmış ulduz pərəstişkarları ilə hər görüşündə oynadığı şar partlatma oyunu üçün səhnəyə bir fanatını dəvət edib. Səhnəyə çıxan pərəstişkarın hicablı olduğunu görən Lee Min Ho, qarşı tərəfin rahat hiss edib-etmədiyini öyrənmək üçün tədbirin aparıcısından soruşmasını istəyib.
Qadın "oynamaq problem deyil?" sualına"heç bir problem yoxdur" cavabını verib. Bu cavabdan sonra Lee Min Ho onunla birlikdə oyunu oynayıb.
Görüntülər sosial mediada geniş müzakirə olunub. Bir çox insan Lee Min Ho-nun həssas yanaşmasını və fanatlarının rahatlığını ön planda tutmasını yüksək qiymətləndirib. Onun bu jesti mədəniyyətlərarası hörmətin gözəl nümunəsi kimi dəyərləndirilib. Lakin bir çoxları da qadının bu hərəkətini sərt şəkildə tənqid edib.
Görüşdən sonra bir çox fanat onunla bağlı xoş təəssüratlarını bölüşərək aktyora təşəkkür edib.
Sözügedən görüşdən görüntüləri təqdim edirik.
Musavat.com
10 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ