İnsanlara hürriyət, millətlərə istiqlal!

Heyrətamiz YALAN – Qarabağdan köçən ermənilərin sayı 160 min “oldu”!

Allah adama düşmənin də mərdini nəsib eləsin. Yoxsa ki, erməni kimi son dərəcə xəbis və nanəcib, namərd və hiyləgər, azlıqda olanda müti və yaltaq, çoxluqda ikən yırtıcı və vəhşiyə dönən, yalanı və saxtakarlığı adi həyat tərzinə çevirmiş, iftiraçı və şərçi, çörəyi dizi üstdə olan yaramaz toplumu yox.

Bunlarla anlaşma asan olmayacaq. Hətta erməni ilə barışıqda bizim üçün təhlükə var. Çünki xislətləri bəlli və çətin dəyişə. Nəyə gətiririk sözü? Ona ki, həmişəki kimi, o halda biz pislikləri tez unudacağıq, kinli və xain qövm isə üzümüzə gülə-gülə yenidən ayağımızın altını qazıyacaq, içimizdə yerləşəcək və bir müddət sonra təzədən xalqımıza tələlər quracaq. “Materialları” keyfiyyətsizdir axı

Odur ki, heç vaxt çomağı əlimizdən yerə qoymamalı, barıtımızı quru saxlamalı, “atımızı tumarlamalıyıq”. Təbii ki, sərvaxtlıq da öz yerində...

Bu həmin soyun mənsublarıdır ki, ötən əsrin əvvəllərində (1915) təbəələri olduqları Osmanlı Türkiyəsinə arxadan zərbə vurub ona xəyanət ediblər, layiqli cəzalarını aldıqdan sonra isə həyasızcasına hələ də Türkiyəni, Türk millətini soyqırımında ittiham edirlər. Özləri burdan-bura Xocalı soyqırımını, azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmələri riyakarcasına dana-dana.

Həmin hadisələr zamanı tələf olmuş ermənilərin sayını on illər ərzində şişirdib 1.5 milyona (!) çatdıran da özləridir – mənfur qonşular. Halbuki həmin tarixdə Osmanlıda ondan xeyli az erməni yaşayıb. Daşdan keçən faktlar, xəritələr, digər arxiv sənədləri var. Əgər onların hamısı qırılmışdısa, indi hesabla ermənilərin kökü kəsilməliydi. Amma o vaxtdan Fransaya, ABŞ-a yerləşən erməniləri sayı elə bir neçə yüz mindir. Bu necə genosiddir?..

Hələ harasıdır, nadürüst qonşular hətta cəmi ilyarım qabaq Qarabağda dünyanın gözü qarşısında baş vermiş olayları öz maraqları naminə sırtıqcasına təhrif edirlər. İkicə təzə fakt.

Dünən ABŞ-dakı erməni diasporunun bir sıra fəalları Qarabağda guya “etnik təmizləmə”yə görə Azərbaycanın “məsuliyyətə cəlb edilməsi”, Bakıya qarşı sanksiyaların tətbiqi üçün konqresmenlərlə görüşüblər. Azərbaycan rəsmilərinə qarşı “Maqnitski Aktı”nın tətbiqini xahiş ediblər. Və diqqət: Qarabağdan könüllü köçmüş ermənilərin sayını “üfürərək” 150 minə (!) çatdırıblar.

Aprelin 3-də isə İrəvanda hökumət binası qarşısında etiraz aksiyası zamanı özünü mifik “artsax parlamenti”nin “deputatı” sayan axçi Metakse Akopyan görün nə ifraz edib. Sitat: “Bu hökumət “artsax”a kollektiv qayıdış məsələsi həll olunanadək 160 min soydaşımız üçün layiqli yaşayış şəraiti yaratmağa borcludur. Əgər hökumətin cavabı müsbət olmasa, başqa addımlar atılacaq”.

100 min artıq 160 minə çevrilib!

İndi bir daha aydın oldumu ki, ermənilərin qardaş Türkiyəyə qarşı qondarma soyqırımı iddialarında 1.5 milyon “qurban” hardan doğub? Belə çıxır, hayların ölüləri XXI əsrdə də balalayırmış...

Hamının yadındadır ki, ermənilər Qarabağdan köçəndən sonra qonşu ölkəni mediası və rəsmi qurumları 100 min rəqəmini işlədib. Bəs cəmi il yarıma 100 minlik əhali necə 50-60 min arta bilər?

Nəzərə alsaq ki, ermənilərdə ümumiyyətlə, çoxuşaqlılıq dəb deyil və onlar faktiki artmır (“xain artmaz”), əlbəttə ki, bu mümkünsüz və absurddur! Heç sayı 1 milyard yarım olan çinlilər və hindlilər qısa zamanda bu qədər çoxalıb törəyə bilməz. Bu minvalla Qarabağdan gedən ermənilərin sayı gələn il 200 mini, daha bir neçə il sonra isə 300 mini ötsə, təəccüblənməyin.

Müxtəsəri, sözün bitdiyi yer...

Z.SƏFƏROĞLU

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR