Onlayn ictimai-siyasi qəzet
Türkiyədə boşanma prosesində olan həyat yoldaşı Sibel S.-nin işlədiyi yerə gedən Zəfər S. iş yerinin sahibi Tamer D tərəfindən döyülüb.
Musavat.com xəbər verir ki, Zafer S həyat yodaşı Sibel S.-nin müdaxiləsindən sonra qurtula bilib.
Zafer S. boşanma prosesində olan Sibel S. ilə danışmaq üçün iş yerinə getdiyini bildirib. Burada mübahisə edən cütlük ətrafdakılar tərəfindən ayrılıb. Hadisədən sonra Zəfər S. həyat yoldaşı Sibel S.-ni zorla taksiyə mindirməyə çalışıb. Bu sırada vəziyyətdən xəbərdar olan iş yerinin sahibi və Sibel S. ilə sevgili olduğu iddia edilən Tamer D. motosikleti ilə gələrək Zafer S.-yə hücum edib.
Tamer D. və ətrafındakılar Zəfər S.-ni dəyənəklə ölümücül döyüblər. Sibel S. müdaxilə edərək Zəfər S-ni xilas etdi. Zəfər S. xəstəxanaya aparılarkən, Tamer D. və 1 nəfər saxlanılıb. Şübhəlilər hakim tərəfindən sərbəst buraxılıblar.
Musavat.com
29 Sentyabr 2024
28 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ