İnsanlara hürriyət, millətlərə istiqlal!

Həyat yoldaşından üzr istədi: Vanda Nara ilə xəyanət edibmiş

"Spartak"ın keçmiş hücumçusu Keyta Balde toyundan dərhal sonra aldatdığı keçmiş həyat yoldaşı Simone Quatieridən ictimaiyyət qarşısında üzr istəyib.

O, Simoneyə "Qalatasaray"ın forvardı Mauro İkardinin keçmiş həyat yoldaşı Vanda Nara ilə xəyanət etdiyini etiraf edib.

"Xəyanət həqiqətən ağır sözdür. Bu, həyatımın ən böyük səhvi idi - həyatımın sevgisinə xəyanət etmək. O, dünyada bütün sevgi və hörmətə layiqdir. Mən bütün məsuliyyəti öz üzərimə götürmək istəyirəm.

Mauro və Vandanın ictimai oyunları həyatımın bir hissəsi deyil. Mən etdiyim səhvi anlayıram, amma başa düşməlidirlər ki, bu vəziyyətdə əziyyət çəkən uşaqlar var.

Etdiyim səhvlərdən sonra özümü çox zəif hiss etdim, amma ailəmə gələndə aslan kimi döyüşəcəm və qanuni addımlar atacağam. Simone ömrümün sonuna qədər sevəcəyim yeganə qadındır. Mən onun naminə döyüşmək üçün buradayam", - "Football Italia" Baldedən sitat gətirib.

Daha əvvəl Mauro İkardi və Vanda Naranın boşandığı xəbəri yayılmışdı. Balde 2023-cü ildə Moskva "Spartak"ında oynadığı vaxt Nara ilə münasibətdə olub. Xatırladaq ki, Balde və Quatierinin iki övladı var. (Publika.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR