Onlayn ictimai-siyasi qəzet
Müğənni Xuraman Şuşalı "Həftənin qonağı" verilişinin qonağı olub.
İfaçı həyat yoldaşı rejissor Elçin Məmmədovla münasibətlərindən söhbət açıb.
"Elçini məndən müsahibə almaq üçün göndərmişdilər. Sağ olsunlar. 2008 ya da 2009-cu ildə mənim haqqımda film çəkdi. Mənə zəng vurmuşdular, deyəsən verilişin adı "Evə gəl" idi. Mən də yola verməkdə bir nömrəyəm. Çəkiliş olacaqdı, yatıb qalmışam. Maşın sürə-sürə makiyaj edib çatdırdım özümü. Elçin onda rəhmətlik anamı da çəkirdi. Namaz vaxtı gəldi, Elçin çəkilişi dayandırdı gedib namazını qıldı. Ay Allah oradaca o anamın gözündə ucaldı. Onda mən ona aşiq olmamışdım. Əvvəl elə bilirdim mən onu evlilik tələsinə salmışam, amma sən demə o məni salıbmış. Elçinlə çox gözəl münasibətimiz var. Biz onunla ilk dost olmuşuq. Həmin çəkilişdən sonra ona hörmətim artdı. Gözəl-göyçək qızam, mənə baxmamaq nə bilim, kişi olasan və mənə baxmayasan. O elə həyalı idi ki... Mən onun həyasını sevdim. Bir insan olaraq. Şükür Allaha ki, hələ də elədir, yoxsa onu öldürərdim. Göz-qaşı qaynayan oğlanla ailə qurmazdım.
Ailədə qərarları hər ikimiz veririk. O, çox ağıllıdır. Çox çalışıram ki, onun ağlına çatım. Elçindən səbri öyrənirəm. O, mənim kimi adama dözürsə, deməli səbrlidir. Həmişə deyirəm ki, görəsən hansı hərəkətimin mükafatıdır. Elçin də mənim üçün deyir. Amma arada Elçinə deyirəm ki, hansı günahlarımın cəzasısan. Amma zarafatla deyirəm. Elçini çox tərifləmək istəmirəm. Qorxuram, birdən nə vaxtsa məni yanıldar və o tərifi dediyimə görə peşman olaram. Elçinin xəstə olmasından çox qorxuram. Bilmirəm, bəlkə də atam xəstə olub deyə o qorxu var məndə".
Xuraman "Bir dəfə Elçin çox az maaş alır və bu, yalnız kommunal xərclərə çatır demişdin. Bu müsahibədən sonra Elçin səndən incimişdi?" sualını belə cavablayıb:
"Yalan danışaydım? Deyəydim ki, həyat yoldaşım oliqarxdır? Mən bilirdim kiminlə ailə qururam. Bilmişəm ki, o, dövlət kanalında çalışır və oradan alınan məbləğ bəllidir. Lakin o, çalışır ki, nələrsə etsin. Ancaq indi bizə görə gedib oğurluq etməli deyil ki. Əgər ruzini mənə və ya bərəkəti mənə verirsə, buna görə çox şükür edirəm. Nə mənim qazancım Elçinin, nə də onunku mənim deyil. Bu, uşaqlarımızın qazancıdır. Həyat yoldaşım bilmir ki, toydan nə qədər qazanıram. Onun mənim qəpiyimdə belə gözü yoxdur. Hətta olub ki, demişəm, gəl sənin maşınını dəyişək. Deyib ki, mənə lazım deyil, öz qazancım var. Mən həyat yoldaşıma pul vermirəm, ya da o istəmir ki, toya getmisən, gətir bura ver. Bizim ailədə belə şey yoxdur. Lakin belə ailələr var. Bilirəm. Elçin həm də gözəl övladdır. Ailənin tək oğludur, onlara da baxır. O can atır, işləmək istəyir, amma nə etsin ki, müğənni deyil. O, həm də gözəl atadır". (Axşam.az)
25 Noyabr 2024
08:25 Ermənistan şirkətləri Rusiyaya qızıl ticarətinə qoyulmuş sanksiyadan yan keçməyə kömək edirlər
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ