Onlayn ictimai-siyasi qəzet
"İllər əvvəl Xatirə ilə birlikdə çalışırdıq. Səhər bir, günortadan sonra başqa məclisə gedirdik. Bir gün zəng gəldi ki, rus toyudur. Xatirə ilə mindik maşına ki, getdik. Bir "09" markalı maşınım var idi. Hər gün Xatirəni evə aparırdım, onu söyürdüm və yuduzdurma pulunu ondan alırdım. Yolları palçıq olurdu".
Bu sözləri müğənni Rüfət Axundov "İzzət şou"da danışıb.
İfaçı duet ortağı Xatirə İslamla illər əvvəl yaşadığı günlərdən danışıb.
Xatirə isə onun dediklərinə "Hər gün məni evə gətirirdi. Taksiyə verdiyimi ona verirdim. Hər dəfə məhlədən keçəndə ölü, diri qalmırdı, söyürdü. Bizim də küçələrimiz palçıq idi. Bir dəfə də deyir ki, siz hər gün burada qalırsınız?" cavabını verib.
Rüfət isə "Taksi pulunu verməsə də sabahki toydan aldığımız qonorardan çıxırdım" deyə, əlavə edib. (Axşam.az)
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ