İnsanlara hürriyət, millətlərə istiqlal!

Hər 100 fransızdan 69-u pensiya islahatının əleyhinədir

Fransa prezidenti Emmanuel Makronun pensiya islahatları barədə qanunu imzalamasına baxmayaraq, əhalinin əksəriyyəti etiraz aksiyalarının davam etdirilməsinin tərəfdarıdır.

AZƏRTAC xəbər verir ki, “Elabe” sosiologiya xidmətinin keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, fransalıların 64 faizi pensiya islahatlarına qarşı etirazların davam etdirilməsini, 45 faizi isə aksiyaların daha da aktivləşməsini istəyir. Eyni zamanda, rəyi soruşulanların 69 faizi pensiya islahatlarının əleyhinə olduqlarını bildirib.

Respondentlərin yalnız 35 faizi nümayişlər və tətillərə son qoyulmaq vaxtının çatdığını deyib. Bu fikri ötən ilin aprelində keçirilən prezident seçkilərində Emmanuel Makrona səs verənlərin 77 faizi dəstəkləyib. Fransalıların 61 faizi isə pensiya islahatları ilə bağlı fikir ayrılığı fonunda ölkədə yaranan sosial böhrana görə prezidenti və hökuməti günahlandırır.

Xatırladaq ki, yanvar ayında təqdim olunan pensiya islahatları layihəsi Fransada təqaüd yaşının 62-dən 64-ə qaldırılmasını və bəzi xüsusi pensiya imtiyazlarının ləğvini nəzərdə tutur. Təşəbbüs bütün ölkədə etirazlara və nümayişlərə səbəb olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR