Onlayn ictimai-siyasi qəzet
26 aprel 2025-ci il tarixində Sumqayıt şəhərində Haqq Ədalət Partiyası (HƏP) Sumqayıt Regional Mərkəzinin geniş tərkibdə iclası keçirilib. İclas HƏP-in 2025-ci il üzrə fəaliyyət proqramına uyğun olaraq təşkil olunub.
HƏP Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, iclas HƏP Sumqayıt Regional Mərkəzinin rəhbəri Anar Hüseynovun sədrliyi ilə açılıb. Dövlət Himninin səsləndirilməsindən və Vətən müharibəsində şəhid olmuş qəhrəmanların bir dəqiqəlik sükutla yad edilməsindən sonra Anar Hüseynov çıxış edərək Sumqayıt Regional Mərkəzinin ilin birinci rübündəki fəaliyyətindən danışıb. O, qeyd edib ki, regionda həyata keçirilən quruculuq və təbliğat işləri nəticəsində 236 yeni üzv partiyaya qəbul olunub.
İclasda iştirak edən HƏP sədrinin təşkilati məsələlər üzrə müavini Fərrux Binnətzadə 2025-ci il fəaliyyət proqramı və siyasi partiya rəhbərlərinin Qarabağ iqtisadi zonasına səfərləri barədə geniş məlumat verib. Qarabağa Böyük Qayıdış Proqramının uğurla icrası, yeni infrastruktur layihələrinin həyata keçirilməsi və tarixi-mədəni abidələrin bərpası xüsusi vurğulanıb.
HƏP İdarə Heyətinin üzvləri – Əliyar Şirməmmədov, professor Nazilə Abbaslı, Rəşad Abbaslı, Əliqismət Əzizov, Bela Davudova, Eyvaz Əliyev, Bəhram Mehdiyev, Əkbər Cəfərov, Selcan Süleymanova, Samir Nəsirov və Məmməd Vəliyev çıxış edərək, partiyanın gələcək fəaliyyət istiqamətləri barədə fikir və təkliflərini bildiriblər.
İclasda gündəlikdəki digər məsələlər üzrə məruzələr dinlənilib:
Əşrəf Dünyamalıyev Sumqayıt şəhər təşkilatının fəaliyyəti və üzvlərin artım dinamikası barədə danışıb.
Elçin İsmayılov sosial şəbəkələrdə rayon təşkilatlarının fəaliyyətinin önəmini vurğulayıb.
İsfəndiyar Vəliyev ağsaqqalların quruculuq işlərindəki rolundan və yeni təşəbbüslərdən söz açıb.
Müşviq Əhmədov gənclər təşkilatlarının təcrübələrinin mübadiləsinin vacibliyini qeyd edib.
Daha sonra Xızı, Xaçmaz, Siyəzən və Quba rayon təşkilatlarının sədrləri çıxış edərək quruculuq işləri və təşkilati məsələlərlə bağlı təkliflərini təqdim ediblər.
İclasın sonunda keçirilən səsvermə nəticəsində aşağıdakı qərarlar qəbul olunub:
Prezident İlham Əliyevin siyasətinin dəstəklənməsi ilə bağlı HƏP İdarə Heyətinin 2022-ci il 3-4 noyabr tarixli qərarının Sumqayıt Regional Mərkəzi tərəfindən icrası qənaətbəxş hesab edilsin və davam etdirilsin.
HƏP-in 2025-ci il fəaliyyət proqramı ilin sonuna qədər tam şəkildə icra edilsin.
İclasda səsləndirilən bütün təkliflər araşdırılsın, mübadilə yolu ilə tətbiq olunsun.
Musavat.com
29 Aprel 2025
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ