İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS yaraqlıları Sderot şəhərinə 50 raket ATDI

HƏMAS-ın hərbi qolu “İzəddin əl-Qasam briqadası” İsrailin cənubunda yerləşən Sderot şəhərinə yeni hücumlar həyata keçirdiklərini açıqlayıb.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə qrupun teleqram kanalında yayımlanan mesajda deyilir.

Şəhərə 50 mərmi atıldığı iddia edilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR