İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS israilli girovları azad etmək niyyətini təsdiqlədi

HƏMAS yanvarın 31-dək əlavə mübadilə çərçivəsində Qəzza zolağında saxlanılan daha dörd girovu azad etmək niyyətini təsdiqləyib.

Bu barədə hərəkatın teleqram kanalında dərc olunan məlumatda bildirilib.

"HƏMAS yanvarın 31-dək israilli girovları əhatə edən əlavə mübadiləni nəzərdə tutan təklifi İsrail tərəfinə təqdim edib", - mətnində qeyd olunub.

Bəyanata əsasən, fevralın 1-i üç İsrail girovunun mübadiləsinə dair planlar dəyişməz qalır.

Öz növbəsində İsrail hakimiyyəti fələstinlilərin Qəzzanın şimalına qayıtması prosesinin yanvarın 27-də səhər başlamasına razılıq verib.\\report.az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR