İnsanlara hürriyət, millətlərə istiqlal!

HƏMAS girov Şiri Bibasın əvəzinə İsrailə naməlum cəsəd təhvil verib

İsrailin rəsmi qurumları HƏMAS tərəfindən təhvil verilən cəsədlərin kimliyini müəyyənləşdirmək üçün ekspertiza keçirib.

Musavat.com xəbər verir ki, ekspertiza nəticəsində məlum olub ki, HƏMAS Şiri Bibasın qalıqları əvəzinə naməlum bir cəsəd təqdim edib.

İsrail ordusunun (TSAXAL) məlumatına görə, ekspertizanın nəticələri cəsədin Şiri Bibasa və ya digər girovlardan birinə aid olmadığını göstərib.

Müqavilə çərçivəsində HƏMAS Şiri Bibas və onun iki azyaşlı oğlu – Ariel və Kfirin cəsədlərini qaytarmalı idi. Mütəxəssislər uşaqların cəsədlərini tanıya bilib. Bundan əlavə, ordunun məlumatına görə, geri qaytarılan cəsədlərdən biri Oded Lifşitsa məxsusdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR