Onlayn ictimai-siyasi qəzet
"TRT Haber" mikrofonunu görən Hələb sakinləri azadlığa qovuşduqları üçün sevinc göz yaşları içində açıqlamalar veriblər.
Musavat.com xəbər verir ki, Hələb sakinləri "Türkcə bilirik" deyərək öz minnətdarlıqlarını bildiriblər.
"Çox gözlədik deyə ağlayıram. Təşəkkürlər, Türkiyə. Təşəkkürlər, Ərdoğan!" - qadın göz yaşları içində deyib.
Başqa bir sakin isə Türkiyənin Hələbin taleyindəki mühüm rolunu vurğulayaraq, minnətdarlığını bildirib:
"Türkiyəni çox sevirik. Allah sizdən razı olsun!"
"Hələb sizinlə yenidən dirçələcək, inşallah" - Hələbin gələcəyinə ümidlə baxan başqa bir sakin əlavə edib.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ