Onlayn ictimai-siyasi qəzet
Şiddətli ağrılar zamanı insanlar əlacsız qalaraq çıxış yolunu ağrıkəsicilərdə görürlər.
Bəziləri hətta bunu vərdişə çevirirlər.
Bəs müvəqqəti olaraq ağrını hiss etdirməyən bu preparatların insan orqanizminə zərəri varmı?
Həkim Abbas Bağırov bildirib ki, uzun müddət ağrıkəsicilərdən istifadə nəticəsində mədə-bağırsaq qanaxmaları, böyrək, qaraciyər çatışmazlığı kimi hallar ortaya çıxır:
"Bunlar da öz növbəsində ölümcül vəziyyətə gətirib çıxara bilər. Eyni zamanda ağrıkəsicilərin uzun müddət istifadəsi qan yaranma sisteminə mənfi təsir göstərməklə qanın trombositlərinin miqdarını aşağı salır, laxtalanma sisteminin funksiyasını pozur və daxili qanaxmaya səbəb ola bilir".
Ətraflı Baku TV-nin süjetində:
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ