Onlayn ictimai-siyasi qəzet
Premyer Liqada 4-cü tur davam edir. Bu gün daha iki qarşılaşma keçiriləcək.
"Qarabağ" öz meydanında "Turan Tovuz"la üz-üzə gələcək.
İlk 3 turda 7 xal toplayan qərb təmsilçisi turnir cədvəlində onu izləyən "köhlən atlar"a qalib gəlsə, klub tarixinin ən böyük mükafatını qazanacaq.
Kurban Berdiyevi baş məşqçi postuna gətirmiş Ehtiram Quliyev yenə "kisənin ağzını açıb".
"Sumqayıt" və "Kəpəz" üzərində qələbəyə görə 60 min manatından keçən İdarə Heyətinin sədri bu dəfə rəqəmi 80 minə qaldırıb.
Hər halda iş adamının adından futbolçulara belə söylənilib. "Turan" səfərdən 1 xalla qayıdarsa, yenə oyunçulara mükafat ödəniləcək. Uduş fondunun yarısı qədər. (sportinfo.az)
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ