Müğənni Mahsun Kırmızıgül 4 ay əvvəl itirdiyi anası ilə bağlı paylaşım edib.
Sənətçi mərhumla fotosunu paylaşaraq bunları yazıb:
“Aylar oldu sən gedəndən bəri… Amma mən hələ də sənə vida edə bilməmişəm. Gözüm səni axtarır, səsin qulağımda səslənir, nəsihətlərin yaddaşımda əks-səda verir, o gülməli hallarına gülümsəyirəm. Səninlə zazaca danışmağımız üçün çox darıxıram. Sənsiz həmişə natamam qalacam… Bir ananın yerini heç nə doldurmur, heç kim sənin kimi qarşılıqsız və ürəkdən sevə bilmir…” (Olay)
ŞƏRHLƏRŞƏRH YAZ