Onlayn ictimai-siyasi qəzet
Sıla Doğu həbsdən çıxandan sonra heç bir açıqlama verməyən bacısı Dilan Polatın son halının görüntülərini yayımlayıb.
BAKU.WS xəbər verir ki, son fotoda Dilan Polatın arıqladığı görünür. Foto paylaşıldıqdan qısa müddət ərzində izləmə rekordu qırıb və çoxsaylı şərh edilib. GÖrüntülər birmənalı qarşılanmayıb. Bu səbəbdən də, Sıla Doğu da bir neçə dəqiqə ərzində şəkli silib.
Xatırladaq ki, polisin keçirdiyi əməliyyat nəticəsində ötən il noyabrın 1-də fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat, həmçinin Dilanın bacısı Sıla Doğu, Enginin qardaşı Kürşat Polat daxil olmaqla 24 nəfər saxlanılıb.
Onlar çirkli pulların yuyulmasında ittiham olunur.
Qeyd edək ki, "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq və idarə etmək", "Cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması", "Futbol və digər idman yarışlarında mərc və şans oyunlarının təşkili haqqında qanunun pozulması" maddələri üzrə açılmış cinayət işi çərçivəsində saxlanılan və 40 il həbs cəzası alan Dilan Polat azadlığa buraxılıb. Doqquz ay həbsdə yatan fenomen həbssiz mühakimə olunacaq.
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ