İnsanlara hürriyət, millətlərə istiqlal!

Həbs olunan saxta həkim özünü belə müdafiə etdi: Əvvəllər yastıq tikmişdim...

Türkiyədə həbs olunan saxta həkimin məhkəməsi baş tutub. 

Musavat.com xəbər verir ki, Tekirdağ şəhərinin Çerezköy Dövlət Xəstəxanasında saxta diplomla işləyən Ayşe Özkirazın özünü müdafiə etmək üçün söylədiyi sözlər gündəm olub. Ayşe Özkiraz heç vaxt resept yazmadığını bildirib və pasientinə 1 dəfə tikiş atdığını etiraf edib.

"Fakültədə daha əvvəl tikiş atılma dərsini görmüşdüm. Həkim yastıq üzərində tikiş məşqləri etməyimi istəmişdi. İynə-sapla yastığı tikmişdim", - Ayşe Özkiraz deyib.

Qeyd edək ki, 21 yaşlı Ayşe Özkirazı 13 ilə qədər həbs cəzası gözləyir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR