İnsanlara hürriyət, millətlərə istiqlal!

Havay adalarında yanğında ölənlərin sayı 80 nəfərə çatıb

Havay adalarından birində baş verən yanğınlar nəticəsində ölənlərin sayı 80 nəfərə çatıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, mahal admınistrasiyasının saytında yerləşdirilən məlumatda deyilir. "Xilasedicilər Lahaina, Pulehu və Kihey şəhərlərində yanğınların söndürülməsinə və yanğınların qarşısının alınmasına davam edir. Ölənlərin sayı 80-dir”.

Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını çərşənbə günü başlayıb. Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahayna şəhərinə də keçib. Nəticədə şəhər tamamilə yanıb, insanlar yanğından uzaqlaşaraq okeana üzməyə çalışdılar. Onlar sahil mühafizəçiləri və könüllülər tərəfindən xilas edilib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR