İnsanlara hürriyət, millətlərə istiqlal!

Hava şəraiti ilə bağlı MÜHÜM AÇIQLAMA

"Ölkə ərazisində payızın sonu üçün yüksək temperatur qeydə alınır".

Musavat.com-un xəbərinə görə, Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva "Report"a bildirib ki, Bakıda və Abşeron yarımadasında 20 m/s-dək güclənən cənub istiqamətli külək havanın temperaturunun 24,6 dərəcəyədək yüksəlməsi ilə müşayiət olunub.

U.Tağıyeva qeyd edib ki, son onilliklərdə yalnız 2006-cı il noyabrın 4-də Bakıda havanın maksimal temperaturu 24.7 dərəcə isti olub. Amma bu ilin noyabr ayında, artıq nisbətən soyuq keçən ayın üçüncü ongünlüyündə temperatur iqlim normasından xeyli yüksək olub:

"Ümumiyyətlə, noyabrın ötən 25 günü ərzində havanın temperaturu iqlim normasından 7.5 dərəcəyədək yüksək qeydə alınıb”.

O əlavə edib ki, bu ay bir çox ölkələrdə hava anomaliyaları ilə zəngin olub. Bəzi ölkələrin iqlim şəraitinə səciyyəvi olmayan atmosfer hadisələri qeydə alınıb.

Qeyd edək ki, noyabrın 27-si səhərdən Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi, 28-də arabir yağış yağacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə 5-9 dərəcə aşağı enəcəyi gözlənilir. Azərbaycanın rayonlarında da 27-si gündüz dağlıq ərazilərdən başlayaraq 28-i gündüzədək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR