Onlayn ictimai-siyasi qəzet
ABŞ prezident seçkilərində məğlubiyyətə uğradıqdan və 2025-ci ilin yanvarında vitse-prezident postunu tərk etdikdən sonra Kamala Harris Kaliforniya qubernatoru vəzifəsinə namizədliyini irəli sürə, növbəti seçkilərdə iştirak edə, ya da siyasətdən tamamilə uzaqlaşa bilər.
Musavat.com xəbər verir ki, bu barədə "Newsweek" yazıb.
Nəşr qeyd edir ki, Harris üçün bir ssenari Kaliforniya qubernatoru postuna namizədliyini irəli sürməkdir. 2026-cı ildə hazırkı qubernator Qevin Nyusom istefa verməlidir. Harrisin tanınması, maliyyə cəlb etmək bacarığı və “Kaliforniya nüfuzu” doğma ştatının rəhbəri olmağa çalışarsa, onu güclü namizəd edəcək.
Vitse-prezident, həmçinin özünün fondunu yarada, bu fond vasitəsilə seçki kampaniyası apardığı məsələlərin həlli üzərində işləyə bilər.
Newsweek xatırladır ki, keçmiş prezident Cimmi Karterin fondu onun ictimai imicini radikal şəkildə yaxşılaşdırıb və o, 2002-ci ildə Nobel Sülh Mükafatını qazanıb.
"Michigan Chronicle" qəzeti isə Harris üçün başqa bir variantın Ali Məhkəməyə təyin edilməsi olduğunu qeyd edir. Qəzetin məlumatına görə, yaxın həftələrdə hakim Sonya Sotomayor istefasını elan etməlidir. Trampın seçilməsindən sonra məhkəmənin gələcəyi onilliklər boyu mühafizəkarlara meylli ola bilər, buna görə də prezident Co Bayden Harrisi təyin edə bilər.
Afaq,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ