İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamının gözlədiyi o XƏBƏR: Parlament seçkiləri ilə bağlı SON DURUM: Siyavuş Novruzov DANIŞIR

Günlərdir parlament seçkiləri ilə bağlı müzakirələr gedir. Yaxın günlərdə onun elan olunacağı ehtimalları da yüksəkdir. Məsələn, millət vəkili Vahid Əhmədov növbədənkənar parlament seçkilərinin vaxtı ilə bağlı deyib: “İndiki halda parlamentin buraxılmasından söhbət getmir. Əslində bir iki aya görə parlamentin buraxılması elə də böyük əhəmiyyət kəsb etmir. Mərkəzi Seçki Komissiyası da bu il parlament seçkilərinin keçiriləcəyini elan edib. Ona görə də, parlamentin buraxılması, yeni seçkilərin keçirilməsi ilə bağlı söhbətləri o qədər də ajiotaj kimi təqdim etməyə ehtiyac yoxdur. Parlament lazım olanda buraxılacaq və yeni Məclis formalaşacaq”.


Qeyd edək ki, mayın 21-də Milli Məclisin növbədənkənar sessiyasının çağırılacağı ilə bağlı qərar açıqlanıb. Parlamentin daxili nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanması ilə bağlı Milli Məclis sədri 42 deputatın tələbi əsasında növbədənkənar sessiyasını çağırır. Milli Məclisin daxili nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində deputat Siyavuş Novruzovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR