Onlayn ictimai-siyasi qəzet
2024-cü ilin 11 noyabr tarixində Kanal D-də başlayan, Ozan Akbaba və Sinem Ünsalın baş rollarda çəkildiyi "Uzak şehir" serialı reytinqlərdə birinci olmağa davam edir.
Rejissorluğunu Ahmet Katıksızın etdiyi, ssenarisini Gülizar Irmakın etdiyi serialda Albora ailəsinin uzun müddətdir görmədikləri oğlu dünyasını dəyişdikdə Kanadada olan həyat yoldaşı Alya Albora və oğlu cəsədi Mardinə gətirməsi ilə hadisələr başlayır. Bəs, reytinq rekordları qıran “Uzaq şehir” serialının aktyorları kimlərdir?
“Uzak şehir”in Cihanı Ozan Akbaba
Çoxlarının azərbaycanlı kimi tanıdığı, Azərbaycana olan sevgisi ilə tanınan Ozan Akbaba Karsda doğulub. Akdeniz Universiteti Gözəl Sənətlər Fakültəsini bitirib. Akbaba 2005-ci ildən kino, serial və teatr layihələrində rol almağa başlayıb. Tamaşalarda iştirak edən aktyor film musiqisi də edir. O, 2015-2021-ci illər arasında ATV-də yayımlanan "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialında canlandırdığı İlyas Çakırbəyli obrazı ilə tanınır.
“Uzak şehir”in Alyası Sinem Ünsal
Aktrisa Sinem Ünsal 1993-cü ildə İzmirdə dünyaya gəlsə də, atası azərbaycanlı, anası isə çərkəzdir. Əskişəhər Osmanqazi Universitetinin Müqayisəli Ədəbiyyat fakültəsini bitirən Ünsal 2017-ci ildə “Çoban Yıldızı” serialında Günəş obrazını canlandıraraq aktyorluq karyerasında ilk addımı atıb. O, həmçinin “Mucize doktor”, “Siyah beyaz aşk”, “Kızım”filmlərində də rol alıb.
“Uzak şehrin” Naresi Sahra Şaş
Sahra Şaş İstanbulda doğulmuş aktrisadır. İlk aktyorluq təcrübəsini 2013-cü ildə "Tatar Ramazan"da oynadığı rolla yaşayıb. Son illərdə "Köpük", "Uzak şehir" və "Atatürk 1881 - 1919" kimi film və seriallarda çəkilib.
“Uzak şehir”in Kayası Atakan Özkaya
Atakan Özkaya İstanbulda doğulmuş aktyordur. Müxtəlif filmlərdə, seriallarda və teatr layihələrində rol alan Özkaya Maltepe Bələdiyyəsi Şəhər Şurasında və Beykent Universitetində aktyorluq təhsili alıb. 2014-cü ildən "Kalp Atışı", "Kardeşlerim" ve "Uzak Şehir" kimi tamaşalarda rol alıb.
“Uzak şehir”in Şahini Alper Çankaya
1990-cı ildə Tekirdağda anadan olan Alper Çankaya orta təhsilini Ankarada bitirib. 2009-cu ildə Qazi Universitetində İqtisadiyyat fakültəsində təhsil almağa başlayıb, lakin 2012-ci ildə oranı tərk edərək Bilkənd Universitetinin Teatr fakültəsinə daxil olub.
Alper Çankaya 2018-ci ildən teatr fəaliyyəti ilə yanaşı, "Vatanım Sensin", "Baba", "Biz Kimden Kaçıyorduk Anne?", "Cam Perde" kimi müxtəlif film və seriallarda rol alıb. Çankaya həmçinin 42-ci İstanbul Film Festivalında "Pərdə" filmindəki performansına görə "Ən yaxşı aktyor" mükafatına layiq görülüb.
Könül İbrahim,
Musavat.com
20 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ