İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamı ilə sağollaşıb getdi- Təyyarə qəzasında ölən Məhəmmədəlinin dostu  

"Hamı ilə sağollaşıb, anasını görməyə getdi. Ağlımlza da gəlmızdi ki, belə hadisə olar.

Musavat.com xəbər verir ki, bunu təyyarə qəzasında həlak olan 13 yaşlı Məhəmmədəli Eqanovun dostu Hüseyn Quliyev vida mərasimi zamanı deyib.

"Məhəmmədəli anasını görməyə gedirdi. Futbolla məşğul olurdu, çox cəsarətli idi. Eyni məktəbdə oxuyurduq, dostumdur".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən "Embraer” tipli sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində sərnişinlərin 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u sağ qalıb.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Dekabr 2024

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR