Onlayn ictimai-siyasi qəzet
Qırğızıstanın hüquq-mühafizə orqanları prezidentin qardaşı qızının nişanlısını saxlayıb.
Musavat.com yerli mediaya istinadla xəbər verir ki, məlumatı Qırğızıstan prezidentinin mətbuat katibi Askat Alagözov təsdiqləyib.
Prezident Sadır Japarov kiçik qardaşının qızı Ləzzət Nurkojoyevanın nişanlısı ona helikopterdə evlənmək təklifindən sonra məşhurlaşıb. Gənclər FHN-nin helikopterindən əyalətdə keçirilən ziyafətə getmək üçün istifadə etmişdilər və bu, ölkədə qalmaqala səbəb olmuşdu.
“Bu gəncin əsas məqsədinin qanunsuz əməllərini qorumaq üçün hakimiyyətdə “adam” tapmaq olduğunu düşünməyə bütün əsaslar var. Vurğulamaq istərdim ki, prezident Sadır Japarov kim olmasından asılı olmayaraq, onların qanunsuz əməllərini ört-basdır etməyəcək və gizlətməyəcək”, - Askat Alagözov Facebook-da yazıb.
Keçmiş nişanlının və onun əlaltılarının qanunsuz fəaliyyətinin təfərrüatlarına istintaq zamanı aydınlıq gətiriləcək.
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ