İnsanlara hürriyət, millətlərə istiqlal!

"Hakimiyyət hərraca təkcə Qarabağı yox, ilk növbədə Ermənistanı qoyub" - Abramyan

“Yaxın gələcəkdə hakimiyyətin davranışı ekstremal nəticələrə gətirib çıxaracaq”.

Konkret.az xəbər verir ki, bunu “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Facebook səhifəsində yazıb.

“Ermənistanı Qarabağla birləşdirən dəhlizin bağlanmasının ilk günlərində bir sıra qüdrətli fiqurlar öz işlərinin fəallığının göstəricisi kimi məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsini və Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) verilməsini təqdim ediblər.

BMT Təhlükəsizlik Şurasındakı müzakirələr nəticəsində heç bir bəyanat, qətnamə qəbul olunmayıb. AİHM-in ciddi qeyd-şərtlərlə verdiyi qərarı müsbət hesab etmək olar, lakin onun qərarının bəndləri də yerinə yetirilməyib.

Hakimiyyət öz işlərini bitmiş hesab edir. İndi siyasi və təhlükəsizlik məsələlərini istənilən beynəlxalq aktorun və ya ümumiyyətlə, “beynəlxalq ictimaiyyətin” üzərinə qoymağa çalışır, öz rolunu sırf humanitar məsələlərdə görür.

Yaxın gələcəkdə hakimiyyətin davranışı ekstremal nəticələrə gətirib çıxaracaq. O zaman ki, erməni xalqı vəziyyətdən mümkün çıxış yolları məsələsində seçim hüququ olmayacaq.

Ermənistan hakimiyyəti hərraca təkcə Qarabağı deyil, ilk növbədə Ermənistanı qoyub. Bundan sonrakı güzəştlər isə ilk növbədə Ermənistana aid olacaq”, – deyə Abramyan yazıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR