Onlayn ictimai-siyasi qəzet
Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
Musavat.com xəbər verir ki, nazir bu barədə "X" hesabında yazıb.
"Uzun illər keçməsinə baxmayaraq, ağrısını qəlbimizin dərinliklərində hiss etdiyimiz Xocalı soyqırımının 33-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızın xatirəsini ehtiramla yad edirəm.
Türkiyə həmişə olduğu kimi sevimli Azərbaycanımızın yanındadır", - paylaşımda bildirilib.
26 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ