İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidandan ŞOK xəbərdarlıq: Uzaq durun, yoxsa...

Türkiyənin xarici işlər naziri Hakan Fidan terrorla mübarizədə sərt addımlar atılacağı barədə mühüm mesajlar verib.

Musavat.com xəbər verir ki, o, üçüncü tərəflərə sərt xəbərdarlıq edib.

Türkiyənin baş diplomatı təcavüzkarlara veriləcək cavabların qətiyyətli olacağını deyib. O əlavə edib ki, Ankarada terror aktı törədənlər buraya Suriyadan gəlib.

Qeyd edək ki, Hakan Fidan terror təşkilatı PKK/YPG-nin bütün infrastruktur, obyekt və mövqelərinin bundan sonra legitim hədəf olduğunu açıqlayıb. O, üçüncü tərəflərə PKK-YPG obyektlərindən və terrorçulardan uzaq durmağı məsləhət görüb: "Türkiyə Silahlı qüvvələri terror hücumuna qəti cavab verəcək və onlar törətdikləri əməllərə görə peşman olacaqlar”.

Xatırladaq ki, oktyabrın 1-də PKK terrorçuları Ankarda terror aktı törədib. Hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb. Terrorçulardan biri xəsarət alıb, digəri isə ölüb.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR