İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan: Ukraynanın NATO-ya üzvlüyü məsələsində realist olmalıyıq

Ukraynanın NATO-ya üzv olmaq istəməsinə bir söz deyə bilmərik, ancaq çox realist olmalıyıq.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Bloomberg”ə müsahibəsində bildirib.

Ukraynanın NATO-ya daxil olması ilə bağlı ABŞ Prezidenti Donald Trampın yanaşmasını dəyişib-dəyişdirməyəcəyi ilə bağlı suala Hakan Fidan belə cavab verib: "Əvvəlki administrasiyanın da Ukraynanın NATO-ya üzv olmasının tərəfdarı olub-olmamasından əmin deyiləm. Ona görə də bu məsələdə yeni siyasətin olduğunu düşünmürəm”.

Onun sözlərinə görə, Ukraynanın NATO-ya mümkün üzvlüklə bağlı avropalı tərəfdaşları və ukraynalı dostları ilə müzakirələrini də başa düşmək lazımdır: “Ukrayna bunu təkcə NATO-ya üzv olmaq üçün deyil, həm də öz ölkəsinin təhlükəsizliyini təmin etmək üçün tələb edir”.

Nazir bildirib ki, ölkəsinin bu məsələ ilə bağlı rəsmi mövqeyi belədir: “Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın açıqladığı kimi, Ukraynanın NATO-ya üzv olmaq istəməsinə bir söz deyə bilmərik, ancaq çox realist olmağa məcburuq”.\\ "Haber Global"

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR