İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan TƏLƏB QOYDU: “Ən qısa vaxtda...”

“Türkiyə ən qısa zamanda Gömrük Birliyinin yenilənməsi, investisiya sahəsində əməkdaşlığın artırılması və viza rejiminin sadələşdirilməsi mövzularında Avropa İttifaqından konkret addımlar gözləyir”.

Musavat.com xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa Birliyi Komissiyasının qonşuluq siyasəti və genişlənmə üzrə komissarı Oliver Varhelyi ilə telefon danışığı zamanı səsləndirib.

H. Fidan bildirib ki, Avropa İttifaqı (Aİ) Türkiyəyə münasibətdə daha ədalətli və sağlam düşüncəli olmalıdır.

Türkiyəli nazir onu da vurğulayıb ki, Aİ strateji perspektivdən çıxış edərək Türkiyə ilə münasibətləri yaxşılaşdırmalıdır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR