İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan Putinin Ankara səfərinin gündəliyini açıqladı

Vladimir Putinin Ankaraya rəsmi səfəri zamanı Rusiya-Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinin, xüsusilə qaz qovşağının yaradılması, Akkuyu AES-in tikintisi və taxıl dəhlizinin fəaliyyətinin bərpası kimi məsələlərin müzakirəsi planlaşdırılır.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “A-haber” telekanalının efirində bildirib:

"Prezidentlərimiz mütəmadi olaraq ünsiyyət qurur. Qarşıdan gələn səfər əvvəlcədən planlaşdırılıb. Səfər zamanı qaz sektorunda əməkdaşlıq, enerji, Akkuyu AES-in tikintisi, hər zaman gündəmdə olan taxıl dəhlizi, Ukraynada nizamlanma məsələlər, regional məsələlər, xüsusilə Qəzzadakı vəziyyət müzakirə olunacaq".

Daha əvvəl Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov vurğulamışdı ki, Putinin Türkiyəyə səfəri hazırlanır və Kreml ən yüksək səviyyədə təmasların tarixini vaxtında açıqlayacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR