İnsanlara hürriyət, millətlərə istiqlal!

Hakan Fidan Misirə GETDİ - “Rəfah”dan AÇIQLAMALAR VERDİ

Türkiyənin xarici işlər naziri Hakan Fidan həmkarı Bədr Abdel-Atinin dəvəti ilə rəsmi səfərdə olduğu Misirdə Əl-Ariş limanı və  “Rəfah” keçid məntəqəsi ilə tanış olub.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Fidan “Rəfah” keçid məntəqəsində bir sıra açıqlamalar verib. 

"Olduğumuz yerdən bir neçə 100 metr aralıda insan faciəsi baş verir, soyqırım törədilir. Hazırda yük maşınları buradan getmir, Kerem Şaloma yönləndirilir", - H.Fidan açıqlamasında bildirib.

Türkiyə XİN başçısının sözlərinə görə, orada gündə təxminən 25 yük maşını Qəzzaya keçə bilir:

"Bu qətliamı birlikdə dayandırmasaq, biz insanlıq olaraq bu qətliamın ortağı olacağıq. Türkiyə olaraq böhranın ilk günlərindən əlimizdən gələni etdik. Buradakı qardaşlarımız da deyirlər ki, Türkiyə yardım edən ölkələr arasında birinci yerdədir".

@@TVmusavat/92260@@

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR